RU

DÇ də mübarizə aparacaq millimizdə yeni baş məşqçi

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan U-20 komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bu posta portuqaliyalı mütəxəssis Rui Jorge gətirilib. 

Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cu ildə Portuqaliyanın U-21 yığmasının "sükanı arxası"na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
13
qafqazinfo.az

10Источники