"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ (VÖEN – 1300300711) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisidir. Ehtimal olunan qiymət 7 181 133 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
Əlaqələndirici şəxs: Toğrul Quliyev - Satınalmalar və təminat sektorunun müdiri
[email protected]
+994 36 545 38 03
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.