UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, dünən dörd oyun keçirilib.
Türkiyə təmsilçisi “Qalatasaray” “Liverpul”u 1 qolla üstələyib.
“Bavariya” İtaliyada “Atalanta”nı, “Atletiko” isə doğma arenası İspaniyada “Tottenhem”i darmadağın edib.
Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Nyukasl” evdə “Barselona” ilə bərabərə qalıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) 1:0
“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə) 5:2
“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1
“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) 1:6
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları bu gün baş tutacaq.