RU

İrandan təxliyə davam edir: Bir qrup xarici vətəndaş təxliyə olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astara, 11 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 09:00-dan 12:00-dək, ümumilikdə 34 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Təxliyə olunanlar arasında 29 Çin, 3 Pakistan, 3 Azərbaycan və 2 Avstraliya vətəndaşı var.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir.

Müxbir-İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
87
6
azertag.az

10Источники