RU

Zolaqdan zolağa “atılan” sürücü yol boyu təhlükə saçdı 10 AA 033 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Heydər Əliyev prospektində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 7-də saat 05:37 radələrində qeydə alınıb. Belə ki, 10-AA-033 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü hərəkət zamanı bir neçə dəfə təhlükəli manevrlər edib. Kadrlardan görünür ki, o, əvvəlcə hərəkətdə olduğu zolaqdan ən sağ zolağa keçir, ardınca qəfil şəkildə ən sol zolağa manevr edir.

Sürücü bununla kifayətlənməyərək yenidən ən sol zolaqdan ən sağ zolağa keçib. Bu hərəkətlər prospektdə hərəkət edən digər nəqliyyat vasitələri üçün riskli vəziyyət yaradıb.

Görüntünü qeydə alan sürücünün iddiasına görə, həmin avtomobil yol boyu zolaqlar arasında tez-tez yer dəyişərək digər sürücüləri təhlükə qarşısında qoyub.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
avtosfer.az

1Источники