Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” bu raundda “Alanyaspor”la üz-üzə gələcək.
“Fənərbağça” “Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə münasibətlərə aydınlıq gətirəcək. “Trabzonspor” isə “Samsunspor”un müqavimətini qırmağa çalışacaq.
“Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti raundda “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə qarşılaşacaq. “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbağça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 21-22-23 apreldə keçiriləcək. Yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.
Türkiyə Kuboku
1/4 final cütləri
Beşiktaş – Alanyaspor
Konyaspor – Fənərbağça
Qalatasaray – Gənclərbirliyi
Samsunspor – Trabzonspor
Yarımfinal cütləri
Qalatasaray/Gənclərbirliyi – Samsunspor/Trabzonspor
Beşiktaş/Alanyaspor – Konyaspor/Fənərbağça
