RU

“Naxçıvana avtomobil yolunun açılmasına hazırıq” Nikol Paşinyan

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Ermənistan və Azərbaycanın gözləntiləri bir-birinə zidd deyil”

Ermənistan mövcud infrastrukturdan istifadə edərək, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatı əlaqəsi yaratmağa hazırdır. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentindəki çıxışında deyib.

Paşinya bildirib:"Təklifimiz heç bir şəkildə Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya görməzdən gəlmək məqsədi daşımır, mən bunu rəsmi olaraq bildirirəm. Biz bu təklifi irəli sürürük, çünki özümüz Azərbaycan dəmir yollarından bir qədər alternativ şəkildə istifadə edirik. Azərbaycan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmağı səbirsizliklə gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Ermənistanın cənubu və şimalı arasında dəmir yolu əlaqəsi qurmağı səbirsizliklə gözləyirik. Ermənistan üçün bu dəmir yolu marşrutunun alternativi yoxdur, çünki ölkəmizin dağlıq ərazisi ölkənin cənubu və şimalı arasında dəmir yolu nəqliyyatının qurulması üçün başqa vasitələrin yaradılmasına mane olur. Gördüyünüz kimi, Ermənistan və Azərbaycanın bu baxımdan gözləntiləri bir-birinə zidd deyil. Onu da qeyd etmək lazımdır ki, biz Gürcüstan-Azərbaycan dəmir yolundan ixrac üçün də istifadə etmək niyyətindəyik. Ümid edirəm ki, Azərbaycan yaxın gələcəkdə Ermənistan üçün də ixrac təyinat yerinə çevriləcək. Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir ki, bu da bazarımızda neft məhsullarının qiymətlərinin aşağı düşməsinə və neft bazarında onilliklərlə mövcud olan inhisarların aradan qaldırılmasına səbəb olub”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
13
azpolitika.info

10Источники