RU

Töhmət alan məktəb direktoru işdən çıxarıldı

Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib.

O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib.

Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib.

Bizim.Media

Избранный
87
8
bizim.media

9Источники