Bakı. Trend:
İran vətəndaşları küçələrə axışaraq öz effektiv iştiraklarınıqoruya bilərlər.
Trend-inməlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İranvətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, zəruri hallarda toplanışı ilə öz gücünügöstərən vətəndaşlar arasında birliyin qorunması zəruridir və onazərbə vurmaq olmaz.
“Küçələrə axışaraq öz effektiv iştirakınızı qoruyun.Bir-birinizə köməklik göstərin. Hazırda ölkənin çətin vaxtlarındabəzilərinin vəziyyəti ağırdır. Xidmətlər göstərən bütün qurumlardanbu istiqamətdə vətəndaşlara tam şəkildə dəstək göstərməsiniistəyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.