ABŞ, İsrail və İran arasında davam edən münaqişənin regionda təhlükəsizliklə bağlı narahatlıqlar yaratdığı bir vaxtda Yunanıstan diqqətəlayiq bir addım atıb.
Turkustan.az xəbər verir ki, Yunanıstan Ordusu qadınları könüllü olaraq hərbi xidmətə dəvət edən tanıtım videosu yayımlayıb.
Paylaşılan videoda 20-26 yaş arası qadınların könüllü olaraq hərbi xidmətə gedə biləcəyi bildirilirdi. Proqrama əsasən, müraciət edən qadınlar Yunanıstan ordusunda 12 ay xidmət edəcəklər.
Yunanıstan Ordusu tərəfindən yayımlanan videoda qadınların hərbi təlim və vəzifələrdə fəal rol oynaya biləcəyi vurğulanıb. Bu açıqlama bölgədə artan geosiyasi gərginlik və davam edən təhlükəsizlik müzakirələri fonunda verilməsi ilə diqqət çəkir.
Aytən Yaşar/ Turkustan.az