Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2004-cü il təvəllüdü P. Əliyev və 2005-ci il təvəllüdlü Ə. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.