RU

Deputat: “Həm həkim çatışmazlığı var, həm də peşəkarlar işlə təmin oluna bilmir”

“Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ixtisas diplomları tanıdılması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyi bildirilir. 

Amma bu gün ölkədə işləyən yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəsislər kimi fəaliyyət göstərirlər. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat təklif edib ki, xüsusi bir humanist yanaşma edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahanla yoxlanılsın və diplomları tanınsın:
 

“Həm də ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il təhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların iki il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyanda həmin ordinatura pilləsinin heç olmasa, iki ilinin nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.


Bundan başqa, Azər Badamov Qusar şəhər stadionunun yenidən qurulması, tikintinin davam etdirlib başa çatdırlması üçün işlərə başlanılmasının gecikdiyini də qeyd edib.

Günay Şahmar, Bizim.Media

Избранный
13
5
bizim.media

10Источники