RU

İrandan Azərbaycana ümumilikdə 2309 nəfər təxliyə edilib

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarınıntəxliyəsi davam edir.

Trend xəbər verir ki, 28fevral 8.00-dan – 13 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrinvətəndaşları olmaqla ümumilikdə 2309 nəfər təxliyə olunub.

Belə ki, 686 Çin, 403 Azərbaycan, 294 Rusiya, 178 Tacikistan,140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 33 İran, 26İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16Fransa, 16 Almaniya, 13 Özbəkistan, 13 Gürcüstan, 13 Nigeriya, 12Polşa, 12 Macarıstan, 11 Meksika, 11 İsveçrə, 10 Qazaxıstan, 10Belarus, 10 Kanada, 10 Bolqarıstan, 10 Konqo DemokratikRespublikası, 9 Böyük Britaniya, 8 Braziliya vətəndaşı təxliyəolunub.

Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın hərbiri üzrə 6 vətəndaş, Hindistan, Serbiya, Çexiya, Əfqanıstan,Avstriya və Yunanıstanın hər biri üzrə 5 vətəndaş, İordaniya,Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, Finlandiyavə ABŞ-nin hər biri üzrə 4, Niderland, Qətər, Filippin, Xorvatiya,Avstraliya və Danimarkanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan,Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniya və Tunisnın hərbiri üzrə isə 2 vətəndaş yer alıb.

Eyni zamanda Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba,Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir vəBelizin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
67
7
az.trend.az

10Источники