RU

“Qarabağ”dan ayrılan Krisdən açıqlama

style='margin-bottom:10px;'>

“Qarabağ”dan ayrılan Kris Kuaku  (Chris Kouakou) Norveçin “Sarpsborg 08” klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi klubun saytına açıqmamasın bildirib:

“Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm.

Mən mərkəz yarımmüdafiəçisiyəm və topu müdafiədən hücuma daşımağı xoşlayıram. “Səkkiz” və ya “altı” nömrə mövqeyində oynaya bilirəm. Müdafiəyə kömək etməyi və eyni zamanda hücumlara qoşulmağı sevirəm”.

Futbolçu qeyd edib ki, kluba keçidindən əvvəl sabiq komanda yoldaşı Andreas Nibe ilə danışıb. Onlar daha əvvəl Portuqaliyanın “CD Mafra” klubunda birlikdə çıxış ediblər.

“Onunla danışanda ilk dediyi söz bu oldu ki, burada hamı sənin daha yaxşı futbolçu olmağın üçün kömək edəcək. Komanda da ambisiyalıdır. “Sarpsborq” inkişaf etmək və irəli getmək istəyən klubdur”.

Sonda futbolçu əlavə edib: “Çox xoşbəxt və qürurluyam. Özümü göstərmək üçün səbirsizlənirəm. Meydanda çox enerji verəcəyəm. Özüm haqqında çox danışmağı xoşlamıram. Qoy insanlar gəlib məni meydanda görsünlər”.

Избранный
21
2
teleqraf.com

3Источники