RU

Qlobal Bakı Forumunda şəhərsalma sahəsində problemlər və həllər müzakirə olunub

XIII Qlobal Bakı Forumu çərçivəsində "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" adlı panel sessiya keçirilib.

Aznews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa deyib ki, Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) böyük ümidlər var.

BMT Baş katibinin müavini, qurumun Məskunlaşdırma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərdə yaşayış yerlərinin çox baha qiymətə satıldığını bildirib:

"Elə yerlər var ki, insanlar heç sanitariyaya çıxış əldə edə bilmirlər. Bu isə insanlar üçün çətinliklər yaradır, daha doğrusu fövqəladə vəziyyət yaradır. Xüsusilə, yaşlı nəsil normal şəraitə nail ola bilmirlər. Ona görə də yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasına nail olmalıyıq, bunun yollarını tapmalıyıq. Bu həm də şəhərlərə axını gücləndirir".

London şəhərinin sabiq lord-meri Mişel Mainelli qeyd edib ki, bu gün mükəmməl şəhər tikmək mümkün deyil:

"Bu gün fərqli maliyyə mexanizmi ilə müxtəlif infrastruktur layihələri həyat keçirilir. Korrupsiya və ya maliyyə problemləri səbəbindən bəzən tikinti işləri uğurlu alınmır. Ümumiyyətlə, məskunlaşma qlobal problem kimi görünür, əslində, bu, yerli səviyyədə həll olunmalı məsələdir".

Избранный
5
2
aznews.az

3Источники