RU

MPL: “Sabah”dan səfər zəfəri

Misli Premyer Liqasının 24-cü turunda “İmişli” Qubada “Sabah” ilə qarşılaşıb.

İki sahil” yazır ki, qarşılaşmanın 11-ci dəqiqəsində Stiv Solvet hesabı açıb. 15-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Coy Lens Mikels “Sabah”ın üstünlüyünü iki topa yüksəldib. O, 35-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. 49-cu dəqiqədə Kahim Parris “bəyquşların” üstünlüyünü daha da artırıb. Görüşdə son qolu 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Aleksey İsayev vurub – 0-5.

Misli Premyer Liqası,

24-cü tur

14 mart (şənbə)

15:00. “İmişli” 0-5 “Sabah”

Qollar: Stiv Solvet, 11 (0-1), Coy Lens Mikels, 15-pen. (0-2), Coy Lens Mikels, 35 (0:3), Kahim Parris, 49 (0-4), Aleksey İsayev, 71-pen. (0-5)

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Zöhrab Abbasov

Quba OİK stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
59
ikisahil.az

1Источники