RU

Dieqo Simeone Antuan Qrizmanı təriflədi – ARENA.AZ

Madrid “Ateltiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmann haqda qənaətini açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Antuan bizim üçün dayaq nöqtəsi, son dərəcədə vacib oyunçudur. Ümidvaram, o, bundan sonra da bunca səmərəli olacaq. Onu çox sevirəm. Ona və ailəsinə ən yaxşısını diləyirəm. O, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək”, deyə Dieqo Simeone vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 40 oyuna çıxıb, 13 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Onun “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 485 oyun, 211 qol və 97 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Antuan “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
57
11
arena.az

10Источники