RU

Ülviyyə Fətəliyeva Buxarada keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilmiş "IV Womens Chess Championship" beynəlxalq turnirin qalibi olub.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər qrossmeysterlər mübarizə aparıblar.

8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayan Ülviyyə Fətəliyeva "IV Women's Chess Championship"in qalibi olub. Nana Dzaqnidze ikinci, Harika Dronavalli isə üçüncü yeri tutub.

Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Избранный
31
14
ikisahil.az

10Источники