Bakı, 15 mart, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.
AZƏRTAC xəbər verir ki, lider "Arsenal" doğma meydanda "Everton"u qəbul edib. Görüş London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Nyukasl" səfərdə "Çelsi"ni, "Brayton" "Sanderlend"i üstələyib - 1:0. "Börnli" "Bornmut" matçında isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir.