Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində qeydə alınıb.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Leqal.info