RU

Qocaların qitəsi: Avropa əhalisi azalmaqda davam edir STATİSTİKA

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

2024-cü ildə Avropada cəmi 3,55 milyon uşaq doğulub. Bu tendensiya əhalinin qocalmasının sürətlənməsinə və gələcəkdə işçi qüvvəsinin azalması riskinin yaranmasına səbəb olur. Avropa İttifaqında nisbətən yüksək doğum səviyyəsi Fransa və bəzi Şimali Avropa ölkələrində müşahidə olunur. İspaniya, Malta, İtaliya və Yunanıstan kimi ölkələrdə isə doğum göstəricisi daha aşağı səviyyədədir, bir çox hallarda hər qadına düşən uşaq sayı 1,2-dən də aşağıdır.

Rumıniyada da demoqrafik vəziyyət son illərdə pisləşməkdə davam edir. 2023-cü ildə hər qadına düşən doğum göstəricisi 1,54 olduğu halda, 2024-cü ildə bu rəqəm 1,39-a enib. Bu azalma Rumıniyanı Avropa İttifaqında doğum səviyyəsinin ən sürətlə gerilədiyi ölkələrdən birinə çevirir. Mütəxəssislər bildirirlər ki, Rumıniyada doğum səviyyəsinin azalmasının əsas səbəbləri arasında gənclərin ailə qurmağı gecikdirmələri, iqtisadi qeyri-müəyyənlik, yaşayış xərclərinin artması və geniş miqyaslı miqrasiya göstərilir. Ölkə yaxın onilliklərdə əhalinin sürətlə qocalması, əmək bazarında işçi qüvvəsinin azalması və sosial təminat sisteminə təzyiq kimi ciddi problemlərlə üzləşə bilər. Bu səbəbdən Avropa ölkələrinin çoxu doğum səviyyəsini artırmaq üçün ailələrə maliyyə dəstəyi, vergi güzəştləri və sosial proqramlar tətbiq etməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
26
azvision.az

10Источники