RU

Təmirli yolda nişanları görməzdən gələn sürücü təhlükəli manevr etdi VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Novxanı–Saray yolunda (Masazır istiqamətində) kobud qayda pozan sürücü avtomobil kamerasına düşüb.

Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərərək məlumat verib. Hadisə martın 13-də saat 17:20 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 77-SM-803 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü yol nişanlarının tələblərinə məhəl qoymayaraq qəfil geriyə manevr edib. Belə ki, o, əvvəlcə sola dönməyi qadağan edən nişana əhəmiyyət vermədən hərəkət edib, daha sonra isə yalnız düz istiqamətdə hərəkəti göstərən nişanı da nəzərə almadan sola dönməyə cəhd göstərib.

Nəticədə sürücü görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən digər sürücü təmirli yolda çətinlikə nəqliyyat vasitəsini dayandırğını bildirib. Ardınca o, qayda pozan sürücüyə siqnal verərək xəbərdarlıq edib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
avtosfer.az

1Источники