“İranın yeni ali dini lideri ayətullah Müctəba Xamenei təhlükəsiz vəziyyətdədir və yaxın zamanda xalqa müraciət edə bilər”.
News365.az xəbər verir ki, bu barədə NDTV telekanalına İran XİN sözçüsü İsmayıl Bəqai açıqlama verib.
Onun sözlərinə görə, liderin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur. Bəqai qeyd edib ki, bundan əvvəl də onun müraciəti yayımlanıb və yeni çıxışın yaxın günlərdə təqdim olunması mümkündür.
Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi da ali liderin sağlam olduğunu və ölkədə vəziyyətə nəzarəti davam etdirdiyini bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта