RU

ŞOK: Bakıda 8-ci sinif şagirdi özünü 2-ci mərtəbədən atdı

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.


Manset.az Konkret.az-a istinadən xəbər verir ki, məktəbin 8 e sinif şagirdi Yusif adlı məktəbli dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb və özünü ikinci mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə edilən məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıb. Dərs vaxtı ilə fənn müəlliminin otaqda olmadığı bildirilir.

Избранный
41
6
manset.az

10Источники