RU

Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da saat 11:18 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 99-RD-170 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobil geriyə manevr edərkən skuterlə toqquşub. Xoşbəxtlikdən skuter sürücüsü xəsarət almayıb. Hadisədən sonra skuter sürücüsü avtomobili idarə edən şəxsə əli ilə iradını bildirib.

Videodan aydın görünür ki, skuter sürücüsü öz zolağı ilə hərəkət etsə də, əks istiqamətdən gəlib. Eyni zamanda, “Mercedes” sürücüsü manevr edərkən diqqətli davranmadığı üçün yaxınlaşan skuteri görməyib və nəticədə qəza baş verib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
121
21
avtosfer.az

10Источники