RU

Deputat Xocalıya KÖÇDÜ FOTO

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdundakı evinə köçüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elman Məmmədovun özü deyib.

"Hazırda mən yoldayam, Xocalıya gedirəm. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm".

Qeyd edək ki, Elman Məmmədov 1950-ci ildə Xocalı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləyib. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.2000-ci ildən Milli Məclisin deputatıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
7
bakivaxti.az

10Источники