Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata artırılıb.
"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.
Bundan başqa, "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişikliklə baş prokurorun aylıq vəzifə maaşı 3260 manatdan 13 750 manata qaldırılıb.
Həmçinin baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12 650 manat, baş prokurorun müavininin aylıq vəzifə maaşı 12 100 manat müəyyən edilib.
Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Telegram kanalımız