RU

Türkiyədə avtobus qəzası - FOTO - VİDEO

Ramazan bayramının ilk günü Türkiyənin Adana vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, avtobus Kozan rayonunda aşıb. Nəticədə 2 sərnişin ölüb, daha 19 nəfər yaralanıb.

Yaralılar dövlət xəstəxanasına çatdırılıb. Faciəvi hadisənin səbəbləri araşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl vətəndaşları yollarda diqqətli olmağa çağırıb: "Bayram sevincinə kölgə sala biləcək səhvlərə yol verməyin".

  • Türkiyədə
  • Türkiyədə
  • Türkiyədə
  • Türkiyədə
  • Türkiyədə
  • Türkiyədə
Избранный
103
6
day.az

10Источники