RU

Rusiya ordusuna "dünyanın hər yerində" əməliyyat icazəsi – Putinin səlahiyyətləri genişləndirilir

Rusiya hökuməti Dövlət Dumasının müzakirəsinə Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və prezident Vladimir Putinin xaricdə hərbi qüvvə tətbiq etmək səlahiyyətlərini kəskin şəkildə artıran yeni qanun layihəsini təqdim edib.

Musavat.com xəbər verir ki, aşağı palatanın saytında dərc olunan sənədə əsasən, Rusiya vətəndaşları xarici məhkəmələr tərəfindən həbs edildikdə və ya cinayət məsuliyyətinə cəlb olunduqda, prezident ordunu həmin ölkəyə yeritmək barədə qərar qəbul edə biləcək.

Söhbət xüsusilə Moskvanın tanımadığı beynəlxalq məhkəmə orqanlarının və ya Rusiyanın iştirakı olmadan səlahiyyət verilmiş xarici tribunalların rusiyalıları saxladığı hallardan gedir.

Belə vəziyyətlərdə dövlət başçısı "həmyerlilərini qorumaq" adı altında ordunun "eksterritorial" (ərazi hüdudlarından kənar) tətbiqinə dair əmr vermək hüququ qazanır ki, bu da Rusiya qoşunlarının faktiki olaraq istənilən ölkəyə müdaxiləsinə hüquqi zəmin yaradır.

Musavat.com

Избранный
35
5
musavat.com

10Источники