RU

Osimhenin son durumu bəlli oldu Ulduz forvard nə qədər müddətə sıradan çıxıb?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

''Liverpul'' ilə qarşılaşmanın 8-ci dəqiqəsində Konate ilə mübarizədə qolundan zədə alan, sarğı ilə oyuna davam edən, ancaq performansı ciddi şəkildə aşağı düşən və fasilədə əvəzlənən Viktor Osimhenin son durumu bəlli olub. "Football-plus.az" xəbər verir ki, ulduz futbolçunun qolunda iki sümüyün qırıldığı məlum olub. Onun yaxın günlərdə əməliyyat olunacağı dəqiqdi. Ancaq Osimhenin neçə qarşılaşma buraxacağı qolunun əməliyyata verəcəyi reaksiyadan asılı olacaq. Onun superliqada 3-4 oyunda, eləcə də Türkiyə kubokunda bir oyunda komandaya yardım edə bilməyəcəyi gözlənilir. Yəni İstanbul nəhənginin əsas qol silahı ən azı 1 aylığa sıradan çıxıb. İndi ''Qalatasaray''ın tibbi personalının əsas hədəfi onu ''Fənərbaxça'' ilə derbiyə yetişdirməkdi. Derbi 31-ci turda oynanılacaq və aprelin ya 25-nə, ya da 26-na təsadüf edəcək. Hazırda qolu gipsdə olan Osimhen dünən vətəninə yollanıb. Ancaq o, Nigeriya yığmasının heyətinə çağırılmayıb. Özü də Nigeriya İran və İordaniyaya qarşı hər iki hazırlıq matçını Türkiyədə, daha dəqiq desək, Antalyada keçirəcək. Osimhen əvvəlcədən planlaşdırdığı bəzi şəxsi ziyarətlər üçün vətəninə yollanıb. Onun 3-4 günlük istirahətin ardından Türkiyəyə dönəcəyi gözlənilir. Hələlik əməliyyatın harda olacağı dəqiq bəlli deyil. Lazım gəlsə, əməliyyat İstanbulda baş tutacaq. Osimhenin bu mövsüm ''Qalatasaray''ın heyətində 29 rəsmi oyunda 19 qol, 7 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
88
50
icma.az

10Источники