RU

Azərbaycanın qaz ixracından əldə etdiyi gəlir azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan İtaliyaya 312,3 milyon ABŞdolları dəyərində 801,4 milyon kubmetr təbii qaz (qaz halında)ixrac edilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəriciməbləğ ifadəsində 145,2 milyon dollar və ya 31,7%, həcminə görə isə89,9 milyon kubmetr və ya 10,1% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricəümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetrtəbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%,həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İranİslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründəisə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dollarıdəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb.Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyərifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcmbaxımından isə 894 min kubmetr və ya 2,1% artıb.

Məqalədə:
Избранный
28
12
az.trend.az

10Источники