Ağdaşda anasını qətlə yetirən oğul barəsində cinayət işi başlanıb - YENİLƏNİB
Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub. Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir. 10:12Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.1news.az "Report"a istinadən verir ki, martın 23-də səhər saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.