RU

Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb

2025-ci ildə Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 46 milyon 375 min ABŞ dolları təşkil edib.

Azreform.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20 % azdır.

Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11 %-dən 9,2 %-ə düşüb.

İl ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 479 milyon 263 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır.

Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 45,9 %-dən 40,7 %-ə düşüb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Избранный
50
20
azreform.info

10Источники