Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi – Niyaməddin adlı şəxs törədib. Səbəb kimi tərəflər arasındakı pul borcu olub. Daha sonra həmin şəxs G.Həmzəyevə məxsus “VAZ 2106” markalı avtomobilin şüşəsini sındırıb.
Faktla bağlı araşdırma aparılır.\\“Qafqazinfo”
