RU

Goranboyda döyülən şəxs xəstəxanada ölüb

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Far.Az APA-ya istinadən xəbər verir ki, Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
27
10
far.az

10Источники