RU

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və qarabaşağı Biləcəridən yola salınıb

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Ölkə.Az xəbər verir ki, gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
13
olke.az

10Источники