RU

Azərbaycan millisi Bolqarıstanla heç-heçə edib

Bakı, 24 mart, AZƏRTAC

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə penaltini qola çevirə bilib.

Müxbir - Cavid Əliyev

Избранный
35
3
azertag.az

6Источники