QatarEnergy" şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qazın tədarükü üzrə bəzi uzunmüddətli müqavilələrində fors-major elan edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Daha əvvəl bu cür planlar barədə "QatarEnergy"nin baş direktoru və energetika məsələləri üzrə nazir Səəd bin Şəridə əl-Kaabi xəbərdarlıq etmişdi.
Əl-Kaabi bildirmişdi ki, İranın zərbələri səbəbindən Qətər ölkənin mayeləşdirilmiş təbii qazı üzrə ixrac güclərinin 17%-ni itirib.