RU

Sumqayıtda xeyir şər evləri bağlanır?

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib.

“Bu istiqamətdə hər hansı tapşırıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilməyib. Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır.

Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir.

Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır”, - açıqlamada qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
11
axar.az

10Источники