RU

Əlavə neft ehtiyatlarını bazara çıxarmağa hazırıq - Beynəlxalq Enerji Agentli

Zərurət yarandığı təqdirdə əlavə neft ehtiyatlarının bazara çıxarılmasına başlamağa hazırıq.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib.

Fatih Birol bu bəyanatı Tokioda, Yaponiyanın Baş naziri Sanae Takaiçini Yaxın Şərqdəki müharibə ilə bağlı vəziyyətin uzanacağı təqdirdə agentliyə ehtiyatlardan əlavə həcmdə neftin bazara çıxarılmasına hazırlaşmağı xahiş etməsindən sonra səsləndirib.

Sözügedən münaqişə o cümlədən, neft tədarüklərinin əsas marşrutlarından sayılan Hörmuz boğazından neft daşınmalarındakı fasilələr dünya üzrə enerji daşıyıcılarının qiymətlərində kəskin artıma səbəb olub.

Bu ayın əvvəlində BEA bildirmişdi ki, təşkilata üzv ölkələr Yaxın Şərqdəki müharibənin təsirini yumşaltmaq məqsədilə ehtiyatlarından 400 milyon barel nefti bazara çıxaracaqlar. Bu, təşkilatın tarixində ən böyük belə addım olacaq.

Birol qeyd edib ki, anbarlarda hələ də əhəmiyyətli həcmdə neft qalır.

"Ehtiyatlarımızın 80 faizi hələ də bizim ixtiyarımızdadır. Bu 400 milyon barel ümumi ehtiyatların cəmi 20 faizini təşkil edib. Zərurət yaranarsa, irəliləməyə hazırıq, lakin çox ümid edirəm ki, buna ehtiyac olmayacaq", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
3
olaylar.az

4Источники