RU

DYP hava ilə bağlı sürücülərə müraciət etdi

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.Metbuat.az xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib:"Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər. Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər. Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar. Piyadalara tövsiyə olunur. Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.

Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar".

Избранный
10
50
metbuat.az

10Источники