Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Azreform.info -ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.