RU

DÇ-2026: Pley-offa Türkiyə – Rumıniya oyunu ilə start verilir – ARENA.AZ

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsinin oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçiriləcək.

Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gələcək. “Beşiktaş Park” stadionunda təşkil edəcək matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
26 mart

A yolu
23:45. İtaliya – Şimali İrlandiya
23.45. Uels – Bosniya və Herseqovina

B yolu
23:45. Ukrayna – İsveç
24:45. Polşa – Albaniya

C yolu
21:00. Türkiyə – Rumıniya
23:45. Slovakiya – Kosovo

D yolu
23:45. Danimarka – Şimali Makedoniya
23:45. Çexiya – İrlandiya

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika mundialın final mərhələsində iştirak hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
19
11
arena.az

10Источники