Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

 

Baş hakim: Giorgi Kruaşvili

Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Koba Revazaşvili

Qeyd edək ki, matç martın 27-də baş tutacaq. Oyunun start fiti saat 19:00-da səslənəcək.