RU

Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları açıqlandı

Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
 
Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik göstərəcək.
 
Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 27-də baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
 
Избранный
11
15
moderator.az

10Источники