Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 19-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:
İkinci Liqa, 19-cur
“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı”nın formasında problem olması səbəbindən gec başladığına görə Saatlı komandası 150 manat cərimə edilib. “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 85-ci dəqiqəsində “Quba”nın futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Quba” komandası buna görə 300 manat cərimə ödəyəcək.
“Şirvan” – “Səki” oyununda “Şirvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən komanda 300 manat cərimə edilib. “Şəki”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 77-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəza alıb. “Kür-Araz” komandası buna görə 1000 manat cərimə ödəyəcək.
“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir”in futbolçusu İbrahim Camalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” buna görə 50 manat cərimə edilib.
