RU

Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar

"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Xocalıya səfər ediblər.


News365.az xəbər verir ki, onlar rayona səfər çərçivəsində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.


Qonaqlar Xocalı soyqırımı və memorial barədə məlumatlandırılıb.


Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyah qrupudur.

Избранный
15
2
news365.az

10Источники