Bakı. Trend:
Aprelin 8-10-da Keniyanın paytaxtı Nayrobidə keçiriləcək 2-ciAfrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün evsahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davametdirir.
Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, Xarici İşlərNazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalqİnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan HökumətiAUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50000 ABŞdolları məbləğində maliyyə töhfəsi edib.
Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərinkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakısəfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyətöhfəsini rəsmiləşdirən sənəd imzalayıb.
İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarınıcavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinəgörə Azərbaycan hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibiqismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraqiştirakından məmnun olacaqlarını bildirib.
Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsindəəməkdaşlığın Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edənmünasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb,iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səyləriniyüksək qiymətləndirib.
Qeyd edək ki, WUF13 ərəfəsində keçiriləcək AUF2 Keniya hökuməti,UN-Habitat və Afrika İttifaqı tərəfindən təşkil olunur. Forumdaqitədən bir neçə dövlət başçısı, sahə üzrə çoxsaylı nazirlərindaxil olduğu 10 mindən çox iştirakçı gözlənilir.
AUF2-da WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədri Anar Quliyevin iştirakı gözlənilir.Eyni zamanda, sahə üzrə QHT-lərin əməkdaşlığını təmin etməkməqsədilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin icraçı direktoru Aygün Əliyevanın da iştirakı nəzərdətutulur.