Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
Musavat.com Baku TV-yə istinadən xəbər verir ki, qonşuların sözlərinə görə, hadisəni törədən Cavanşir Muradov içki aludəçisi olub.
"Eşitdim ki, belə bir hadisə baş verib. Gəldim, gördüm ki, polislər hadisə yerindədirlər. Cavanşir ilə öldürülən şəxsin arasında münasibət normal olub", - deyə qonşulardan biri bildirib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov heyvandarlıqla məşğul olub. Onun uzun müddətdir tək yaşadığı bildirilir.
***
Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.