RU

Bakını su basdı - VİDEO

Bakıda intensiv yağıntıların yaratdığı problemlərlə bağlı sakinlərin narazılığı davam edir.

Redaktor.az oxu.az-a daxil olan məlumatlara görə, Sulutəpə qəsəbəsindəki Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri, Qobu-Hökməli yolunda vəziyyət çətinləşib.

Adıçəkilən əraziləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir. Sakinlərin sözlərinə görə, güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib, ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib.

Eyni zamanda Sabunçu Dəmiryol Vağzalının qarşısı su ilə dolub.

Избранный
3
6
redaktor.az

9Источники